“Zenit” milli üzvüylə “nikah təzələdi”

Rusiyanın “Zenit” klubu futbolçusu Artyom Dzyubanın müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı hücumçuyla 2+1 illik yeni sözləşmə imzalanıb.

Rusiya milli komandasının da üzvü olan Dzyuba, 2015-ci ilin yayından “Zenit”də çıxış edir.