Azərbaycan millisinin sabiq üzvü Rusiya klubunda

Rusiyanın “Ural” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi David Karayevi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçiylə imzalanan müqavilənin detalları açıqlanmayıb.     

Karayev artıq “Ural”a qoşulub. O, yeni mövsümdən rəsmi oyunlarda iştirak edə biləcək. Yarımmüdafiəçinin son klubu “Kamaz” olub.

David Karayev 5 dəfə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button