Azərbaycanlı futbolçu ayın ən yaxşısı seçildi

Rusiyanın “Ufa” klubunda oktyabrın ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, azərbaycanlı futbolçu Azər Əliyevdir. Bu barədə “Ufa”nın mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində 23,7 faiz səs toplayaraq, qalib olub.

Əliyev oktyabrda iştirak etdiyi 3 oyunda 1 qol vurub.