Azər Əliyev Kiprə yollandı

Rusiyanın “Ufa” klubu təlim-məşq toplanışı üçün Kiprə yollanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Ufa” Kiprin Ayya Napa şəhərində yanvarın 12-dən 26-na qədər davam edəcək təlim-məşq toplanışında 2 yoxlama oyunu keçirəcək.

Rusiya Premyer Liqası təmsilçisi yanvarın 18-də Macarıstanın “Uypeşt”, 25-də isə Polşanın “Şlensk” klubu ilə qarşılaşacaq.

“Ufa”da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə Kiprə yollanıb. Ancaq digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev isə heyətdən kənarda qalıb.