Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Moskva təmsilçisinin “sükan”ı Domeniko Tedeskoya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alman mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Spartak”da bir müddət əvvəl baş məşqçi Oleq Kononov istefaya göndərilmişdi.
Tedesko son olaraq “Şalke”ni çalışdırıb.