Rusiya klubunun daha bir futbolçusunda koronavirus aşkarlandı

Rusiyanın “Rubin” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Rubin”in bütün futbolçuları və məşqçiləri koronavirus testindən keçib. Müdafiəçi Nikolay Poyarkovun test nəticəsi isə müsbət çıxıb.

Bundan əvvəl “Rubin”in digər futbolçusu Konstantin Plievin koronavirus testi müsbət çıxmışdı.

Koronavirusa görə dayandırılan Rusiya Premyer Liqası iyunun 24-də bərpa olunacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button