7 futbolçuda koronavirus aşkarlandı, Premyer Liqa matçı təxirə salındı

Rusiyanın “Rotor” klubunun 7 futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Volqoqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanların adları açıqlanmayıb və bütün komanda karantinə alınıb.

Rusiya Premyer Liqasının 7-ci turunun “Rotor” – “Krasnodar” oyunu da təxirə salınıb.