Ramil Şeydayev üçün yeni baş məşqçi – rəsmi

Rusiyanın “Dinamo” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisinin “sükan”ı müvəqqəti olaraq Kirill Novikova tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Novikov bu ilin mayında “Dinamo”nun əvəzedici komandasında baş məşqçi postuna gətirilmişdi.

“Dinamo”da bir müddət əvvəl Dmitri Xoxlov baş məşqçi postundan ayrılmışdı.

Moskva klubunda Azərbaycan millisinin üzvü Ramil Şeydayev forma geyinir.