“Fənərbaxça”nın sabiq üzvü yenidən Moskva klubunda

Rusiyanın “Dinamo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisi avqustdan bəri azad agent olan Roman Noyştadteri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı müdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Noyştadter 2016-2019-cu illər aralığında Türkiyənin “Fənərbaxça” klubunda forma geyinib. Müdafiəçi 2019/20 mövsümünü də Moskva “Dinamo”sunda keçirmişdi.