Zaur müqaviləsini ləğv etdi

Rusiyalı futbolçu Zaur Sadaev Türkiyənin “Ankaragücü” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu rəsmi “instagram” hesabından məlumat yayıb. Sadaev, Super Liqa təmsilçisi ilə olan müqaviləsini birtərəfli ləğv etdiyini bildirib.

Sadaev bu yay “Axmat”dan icarə əsasında “Ankaragücü”nə keçib. Ancaq hücumçu, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə istirahətə yollandıqdan sonra komandaya qoşulmayıb.

Super Liqa təmsilçisinin baş məşqçisi Mustafa Kaplan bir müddət əvvəl verdiyi açıqlamada, Sadaev haqda məlumatlarının olmadığını, məşqlərə gəlmədiyini demişdi.

Sadaev bu mövsüm Super Liqada 4 oyuna çıxıb.