Rusiyada daha bir futbolçu koronavirusa yoluxdu

Rusiyanın “Rubin” klubunun futbolçusu Konstantin Pliyev koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçidən götürülən analizlər müsbət nəticə verib. Rusiyalı oyunçu hazırda özünü yaxşı hiss edir və Vladiqafqazda həkimlərin nəzarəti altındadı. Onun “Rubin”in digər futbolçuları ilə ünsiyyətdə olmadığı vurğulanıb.

Qeyd edək ki, Rusiyada daha öncə Moskva “Lokomotiv”inin futbolçusu Cefferson Farfanda koronavirus aşkarlanmışdı. Rusiya Premyer Liqasının iyunun 21-də bərpa olunmasına qərar verilib.