Premyer Liqa matçına itlərlə çıxdılar FOTO

Rusiya Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Zenit” – “Rostov” matçında maraqlı hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, “Zenit”in futbolçuları heyvanların sahiblənməsini təşviq etmək üçün meydana qucaqlarında sığınacaqdan götürdükləri itlərlə çıxıblar. Sankt-Peterburq təmsilçisinin bu addımı fanatlar tərəfindən xoş qarşılanıb.

“Zenit” – “Rostov” qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.