Həbsdən çıxan futbolçu ən yaxşı seçildi

Rusiya Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Soçi”nin hücumçusu Aleksandr Kokorindir. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Kokorin “Soçi”ylə martda iştirak etdiyi 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

2018-ci ilin oktyabrında restoranda davada iştirak edən və həbs olunan Kokorin, 2019-cu ilin sentyabrında azadlığa buraxılıb. Kokorin, yanvarda icarə əsasında “Zenit”dən “Soçi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button