“Rusiya pis oynamadı, amma…” – Hazard

AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Rusiya yığmasına 4:1 hesabıyla qalib gələn Belçika milli komandasının futbolçusu Eden Hazard açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Real”ın formasını geyinən futbolçu, oyunla bağlı bunları deyib:

“Bizim üçün qrupda ilk yeri tutmaq vacib idi. Mükəmməl oyun göstərdik və layiqli qələbə qazandıq. Rusiya pis oynamadı, amma biz daha yaxşı idik və 4:1 hesabıyla qalib gəldik.

Qardaşım Torqana məhsuldar ötürmə vermək və onun qol vurması xüsusilə gözəl idi. Bəzən o qol vurur, bəzən də mən. Amma ümumilikdə, qələbə qazandığımız üçün çox xoşbəxtik”.