“Mahir Emreli maraqlı hücumçudur”

Rusiya millisinin və Polşanın “Legiya” klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov azərbaycanlı futbolçu Mahir Emrelini fərqləndirib.

Komanda.az xəbər verir ki, Çerçesov, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçirilən “Spartak” (Moskva) – “Legiya” matçını (0:1) şərh edən zaman Varşava təmsilçisinin futbolçuları haqda bunları deyib:

“Öz səviyyəsində çıxış edən qapıçı Artur Borutsu tərifləməliyəm. Üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardılar. Mahir Emreli maraqlı hücumçudur. Filip Mladenoviç də çox yaxşı idi”.

“Legiya” Avropa Liqasının C qrupunda 3 xalla liderdir. “Lester” (İngiltərə) və “Napoli” isə hərəyə 1 xalla 2-ci və 3-cü sıranı bölüşürlər. “Spartak” isə 0 xalla sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button