Rusiya millisinin üzvü rəsmən “Valensiya”da

İspaniyanın “Valensiya” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, La Liqa klubu elitanın digər təmsilçisi “Vilyareal”ın futbolçusu Denis Çerışevi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rusiya millisinin üzvü ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçiyə 80 milyon avro təzminat qiyməti qoyulub.

Madrid “Real”ının yetirməsi olan futbolçu üzvü son mövsümü icarə əsasında “Valensiya”da keçirib. O, “yarasalar”ın heyətində 41 oyuna 4 qol vurub, 5 məhusuldar ötürmə edib.