“Arsenal”ın məşqçisinin evi qarət olundu, həyat yoldaşı xəsarət aldı

Rusiya millisinin sabiq üzvü, hazırda Tula “Arsenal”ında məşqçi kimi işləyən İqor Semşovun evi qarət olunub.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə sentyabrın 28-dən 29-na keçən gecə baş verib. Dörd nəfər maskalı şəxs Semşovun Maslovo vilayətində yerləşən evinə basqın edib. Hadisə zamanı evdə Semşovun həyat yoldaşı Larisa və uşağı olub.

Larisa cinayətkarları evdən qovmaq istəsə də, bu cəhd uğursuz olub və evə girən şəxslərdən biri ona zərbə endirib.

Hadisədə Semşovun evindən 20 milyon rubl dəyərində bahalı saatlar və zinyət əşyaları oğurlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button