Rusiya millisinin sabiq üzvü karyerasını başa vurdu

Rusiyanın “Krılya Sovetov” klubunun müdafiəçisi Aleksandr Anyukov karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə Samara təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Vaxtilə Rusiya millisinin də şərəfini qorumuş müdafiəçi 37 yaşında futbolla vidalaşıb. Onun “Krılya Sovetov”la müqaviləsinin müddəti mayın 31-nə qədər olduğundan, tərəflər anlaşmanı yeniləməməyə qərar veriblər. Anyukovun məşqçiliyə başlayacağı bildirilib.

Qeyd edək ki, Anyukov məhz “Krılya Sovetov”un yetirməsidi. O, 2000-ci ildə peşəkar karyerasına başladığı Samara təmsilçisini 2005-ci ildə “Zenit”ə dəyişib. 2019-cu ilə qədər “Zenit”də çıxış edən müdafiəçi 5 dəfə Rusiya çempionu olub. O, Sankt-Peterburq klubu ilə UEFA Kuboku və UEFA Super Kubokunu da qazanıb.