Rusiya millisinin sabiq futbolçusu vəfat etdi

Rusiya milli komandasının sabiq futbolçusu Vasili Kulkov vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş müdafiəçinin həyat yoldaşı Rusiya mətbuatına açıqlamasında deyib. Bir müddət əvvəl koronavirusa yoluxan Kulkovun bu gün əməliyyat olunması planlaşdırılırdı. Vasili reanimasiyada vəfat edib.

Kulkov karyerası ərzində Portuqaliyada “Portu”, “Benfika”, “Alverka”, Rusiyada “Zenit”, “Krılya Sovetov”, “Spartak” (Moskva) kimi klublarda çıxış edib. Sabiq müdafiəçi 20 dəfə SSRİ, 21 dəfə də Rusiya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button