Lenin “futbol oynayacaq” FOTO

Rusiyanın 2-ci liqasında mübarizə aparan “Volqa” klubu 19-cu tur çərçivəsində bu gün “Çelyabinsk”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ulyanovsk təmsilçisi sözügedən qarşılaşmaya keçmiş SSRİ-nin qurucusu Vladimir Leninin şəkli olan formalarla çıxacaq. Bu barədə “Volqa” klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda, “Volqa” klubunun futbolçularının Leninin doğum günü şərəfinə onun şəkli olan formalarla meydana çıxacağı bildirilib. Oyundan sonra formalar satışa çıxarılacaq və əldə edilən gəlir xeyriyyə fonduna köçürüləcək.

“Volqa” – “Çelyabinsk” matçı bu gün, saat 18:00-da start götürəcək.

Lenin 1870-cı il aprelin 22-də anadan olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button