Runidən “Mançester Yunayted”ə məsləhət

Karyerasını ABŞ-ın “Di-Si Yunayted” klubunda davam etdirən Ueyn Runi, keçmiş komandası “Mançester Yunayted” haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Runi, “qırmızı şeytanlar”a transferlərlə bağlı məsləhətlər verib:

“Kriştiano Ronaldo, Lionel Messi, Serxio Ramos və ya Qaret Beyl kimi futbolçulara 350-400 milyon avro ödəyə bilərsən. Ancaq 3-4 il sonra bu pul boşuna gedəcək. Bunun yerinə 40-50 milyon avroya alına biləcək 5-6 futbolçunu inkişaf etdirmək daha düzgündür.

“Mançester Yunayted” azarkeşləri növbəti mövsüm Premyer Liqada çempion ola bilməməyi başa düşəcək. Buna görə də, Ole-Qunnar Sulşerə vaxt vermək lazımdır. Beləcə, bir neçə il sonra həm Premyer Liqada, həm də Çempionlar Liqasında üst sıralarda olacaq bir komanda yaranacaq”.

“Mançester Yunayted” geridə qalan mövsümü 6-cı sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button