“Qarabağ”ın sabiq hücumçusunda narkotik aşkarlandı

Rumıniyanın “Dinamo” klubunun futbolçusu Maqaye Qeye narkotik maddə qəbul etməkdə ittiham olunur.

Komanda.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Rumıniya kubokunun “Styaua” ilə matçından sonra hücumçunun qanında kokain aşkarlanıb.

Qeye 2019/2020 mövsümündə “Qarabağ”da çıxış edib. Hücumçu “köhlən atlar”ın heyətində 28 oyuna çıxıb və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında “Dinamo”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button