Rüfət Dadaşovdan yeni müqavilə – ABŞ klubu ilə

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov çıxış etdiyi “Feniks Rizinq” klubu ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, cümə günü ABŞ klubunun müqaviləsini uzatdığı 8 futbolçu arasında Rüfət də var. Bu barədə ABŞ mətbuatı məlumat yayıb.

“Feniks Rizinq”in Rüfətlə bu ilin sonunadək nəzərdə tutulan müqaviləsini daha 1 illik uzatdığı bildirilir.

Rüfət Dadaşov Almaniyanın “Proysen” klubundan “Feniks Rizinq”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button