Rüfət Dadaşov üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Almaniya 3-cü Liqasında 36-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Halleşer”lə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Dadaşovun komandası 36 turdan sonra 52 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button