Rüfət Dadaşov qol vursa da, komandası uduzdu

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Köln “Viktoriya”sı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 78-ci dəqiqədə millimizin forvardı vurub.

Münster klubu 8 turdan sonra 8 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.