Rüdiger artıq “Real”ındır!

“Real” “Çelsi”nin müdafiəçisi Antonio Rüdigerlə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu haqda məlumatı İspaniya mətbuatı yayıb. Müqavilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub. “Kral klubu” Rüdigerin transferini mövsümün sonunda rəsmən açıqlayacaq. Lakin futbolçunun “Real”a keçidi artıq tamamlanıb.

Almaniyalı müdafiəçinin “Çelsi” ilə müqaviləsi 2022-ci ilin 30 iyununa qədərdir. O, bu mövsüm “Çelsi”nin heyətində 49 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button