“Ayaks” rəsmisi müdafiəçini Ronaldoya bənzətdi

Hollandiyanın “Ayaks” klubunun idman direktoru Edvin van der Sar yayda “Yuventus”a transfer olunan Matteys de Liqtlə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçinin Kriştiano Ronaldoya bənzədiyini deyən klub rəsmisi, onun “qoca sinyora”ya uyğunlaşması haqqında da danışıb:

“Ronaldoyla “Mançester Yunayted”də birgə çıxış etmişdik. O, hər zaman dünyanın ən yaxşısı olmaq üçün çalışırdı. De Liqt də eyni arzuya sahibdir və Ronaldo kimi ən yaxşı olmaq istəyir. O, Ronaldoya bənzəyir.

O, İtaliyada yeni bir dil öyrənir, komanda yoldaşlarını da tanımağa başlayır. Corco Kyellininin zədələnməsi onun əsas heyətə daxil olmasına şərait yaratdı. Amma eyni zamanda, çiyinlərindəki yükü də artırdı”.

“Ayaks”dan 75 milyon avro müqabilində transfer olunan 20 yaşlı futbolçu, “Yuventus”da əsas heyətə düşə bilmədiyi üçün müzakirə olunurdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button