Ronaldonun koronavirus testi yenə müsbət çıxdı

Futbol üzrə Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, ondan götürülmüş analizlərin cavabı yenə müsbət çıxıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Barselona” ilə matçdan bir gün əvvəl götürülmüş test portuqal futbolçunun hələ də sağalmadığını müəyyənləşdirib. Bu üzdən də 35 yaşlı oyunçu Kataloniya təmsilçisi ilə görüşü buraxmalı olacaq.

Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək “Yuventus” – “Barselona” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.