Zidan Ronaldonu unuda bilmir

“Real”ın baş məşqçisi Zinəddin Zidan cari mövsümün sonunda ediləcək transferlərlə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, Kriştiano Ronaldonun komandadakı yerinin dolmayacağını bildirib:

“Komandada satıla biləcək bir çox futbolçumuz var, yaxşı heyətə sahibik. Bir neçə futbolçumuz çox sayda klubların maraq dairəsindədir. Mövsümün sonunda nələr olacağını görəcəyik.

Ronaldonun komandadakı yeri dolmayacaq. Təbii ki, transferlər edəcəyik, amma gələn futbolçuların Ronaldonun etdiklərini bacarmayacağını bilməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button