“Ronaldonu kimsə dayandıra bilmir”

“Yuventus”un və İsveç millisinin futbolçusu Deyan Kuluşevski Turin klubundakı komanda yoldaşı Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçu, UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində İsveç yığmasının Ronaldonun şərəfini qoruduğu Portuqaliya millisi ilə keçirəcəyi oyundan əvvəl bunları deyib:

“Ronaldonu kimsə dayandıra bilmir. İlk oyunda onu dayandırmaq mümkün deyildi, kimsə bunu bacara bilmədi. İndi bizim yeni bir şansımız olacaq. O, yaxşı günündədirsə, tək hər şeyi edə bilər. Ronaldonu necə dayandıracağımızı bilmirəm. Onunla bir-birimizi yaxından tanıdığımız üçün qarşılaşmaq həm də əyləncəli olacaq”.

Bu milli komandalar arasında oyun sabah keçiriləcək.