“Bununla razı deyiləm, amma biz belə bir dünyada yaşayırıq” – Ronaldo

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo transfer bazarındakı vəziyyətlə bağlı açıqlama verib.

Komanda.az TVI kanalına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, futbolçuların satış qiymətlərinin yüksək olmasına etirazını bildirib:

“Hazırda transfer qiymətimin nə qədər olduğunu demək çətindir. İndi futbol sənayesi fərqlidir. Bu gün hansısa futbolçunun transferi heç nə göstərmədən 100 milyona başa gəlir. Artıq futbolda daha çox pul var. Hansısa müdafiəçinin və ya qapıçının qiyməti 70-80 milyon avro ola bilər. Bununla razı deyiləm, amma biz belə bir dünyada yaşayırıq. Bu, transfer bazarıdır və buna hörmətlə yanaşmalıyıq”.