Ronaldo “Yuventus”dan ayrılır? – 2 təklif var

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo komandadan ayrılmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda, portuqaliyalı futbolçunun Turin klubunda xoşbəxt olmadığı və cari mövsümün sonunda komandadan ayrıla biləcəyi bildirilib. Ronaldo iki klubdan təklif alıb. Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” klubları hücumçunu transfer etmək niyyətindədir.

2003-2009-cu illərdə “Mançester Yunayted”in şərəfini qoruyan Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button