Kriştiano Ronaldo növbəti dəfə koronavirus testindən keçdi və…

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun dünən verdiyi testin də nəticəsi pozitiv olub. Özünü yaxşı hiss edən Ronaldonun fərdi məşqlər etdiyi bildirilir.

Futbolçunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti turunda keçiriləcək “Barselona” ilə oyunda meydana çıxmaq ehtimalının az olduğu deyilir.