Ronaldo yenə ən yaxşı oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2019-cu ilin ən yaxşı hücumçusunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu, “Yuventus”un və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldodur.

35 yaşlı futbolçu 5-ci dəfə bu ada yiyələnib. Ronaldo daha əvvəl 2013, 2014, 2016 və 2017-ci illərdə federasiya tərəfindən ən yaxşı hücumçu adını qazanıb.