“Gerilədiyimi hiss etsəm, Ronaldo ilə danışacam”

UFC çempionu Həbib Nurməhəmmədov karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, karyerasını nə zaman bitirəcəyi ilə bağlı suala cavab verən idmançı, “Yuventus”un hücumçusu Kriştiano Ronaldonu örnək göstərib:

“Həyatınız boyunca gördüyünüz işdən əl çəkmək çətindir. Karyeramı bitirməyi istəyib-istəməmək vacib deyil, zamanı gələndə, idman məni buraxacaq. Düzgün vaxtda karyeranızı bitirməsəz, daha həvəsli, hirsli insanlardan geridə qalarsız. Düzgün vaxtı müəyyənləşdirmək çox vacibdir. Ronaldo və ya Həbib, kim olduğumuz vacib deyil, bizi əvəz edəcək insanlar mütləq ortaya çıxacaq”.

İdmançı, “Ronaldodan məsləhət almısanmı” sualına “İndiyə qədər ondan məsləhət almamışam, özümü çox yaxşı hiss edirəm. Amma gerilədiyimi hiss etsəm, Ronaldo ilə danışacam” deyə, cavab verib.