Ronaldo – Son 20 ilin ən yaxşısı!

21-ci əsrdə Avropanın ən yaxşı hücumçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, “BBC Sport” son 20 ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib. Sorğuda 2000-ci ildən bu yana 3 mövsüm azı 20 qol vuran və Avropada oynayan futbolçuların adları olub. 32 futbolçunun yer aldığı sorğunun nəticələrinə görə, Tyerri Anri və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo finala yüksəlib. Finalda 54 faiz səs toplayan Ronaldo Avropanın ən yaxşı hücumçusu seçilib.