Ronaldo müraciət etdi – MY ilə müqaviləsinin ləğvi üçün

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo kluba müqaviləsini ləğv etmək istədiyini bildirib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Ronaldo İngiltərəyə qayıdıb və Çempionlar Liqasında çıxış edən komanda tapmaq üçün müqaviləni pozmaq istədiyini açıqlayıb.

Lakin “qırmızı şeytanlar” futbolçunu buraxmaq istəmir və portuqaliyalı ilə maraqlanan klubkardan heç bir müraciət olmayıb.

Ronaldo ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button