Ronaldo Messiyə çatdı

“Yuventus” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Ferentsvaroş”a 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyun Turin klubunun ilk qolunu vuran hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Bununla da, o, turnirdə ev oyunlarında vurduğu qolların sayını 70-ə çatdırıb. Bu göstəricidə portuqaliyalı futbolçu “Barselona”nın hücumçusu Lionel Messiyə çatıb.

Qrup mərhələsində 4 turdan sonra 9 xal toplayan “Yuventus” növbəti mərhələyə vəsiqəni təmin edib.