“Ronaldo oyundan sonra mənə “Yuventus”a gəl” dedi”

UEFA Millətlər Liqasının final matçında Portuqaliya millisinə 0:1 hesabı ilə məğlub olan Hollandiya yığmasının futbolçusu Matteys de Liqt oyundan sonra açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, “Ayaks”ın şərəfini qoruyan və Amsterdam təmsilçisindən ayrılacağı gözlənilən 19 yaşlı futbolçu, Kriştiano Ronaldo ilə aralarında olan dialoq haqqında danışıb:

“Ronaldo oyundan sonra mənə “Yuventus”a gəl” dedi. Əvvəl nə dediyini başa düşmədim. Söylədiyini təkrar edəndə, şoka düşmüşdüm. Güldüm, heç nə deyə bilmədim. Çünki məğlub olduğumuz matçlardan sonra çox pis oluram və düşündüyüm tək şey məğlubiyyət olur”.

De Liqt, gələcək karyerası ilə bağlı qərar vermədiyini də deyib:

“Transferimlə bağlı hələ dəqiq bir şey yoxdur. Bir müddət bu haqda düşünməyəcəm. Artıq tətilə gedirəm. İstirahət etdikdən sonra qərar verəcəm. Nə baş verəcəyini görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button