75 milyon avrodan narazı qalan Ronaldo məşhur portalın səhifəsini əngəllədi FOTO

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “transfermarkt”ın rəsmi səhifəsini əngəlləyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “transfermarkt” “instagram”da agent Jorje Mendeşin menecerliyini etdiyi futbolçulardan ibarət rəmzi heyət hazırlayıb. Bu heyətdə Ronaldonun hazırkı təzminat qiyməti 75 milyon avro olaraq dəyərləndirilib. Transfer qiymətindən razı qalmayan Ronaldo, sözügedən sosial şəbəkədə “transfermarkt”ın səhifəsini əngəlləyib. Portal paylaşıma Ronaldonu “tağ” edə bilmədiklərini yazıb:

“Ronaldo öz qiymətini gördükdən sonra bizi əngəllədiyi üçün onu tağ edə bilmirik”.

Rəmzi heyətdə ən bahalı futbolçu kimi “Mançester Siti”nin üzvü Bernardo Silva göstərilib – 100 milyon avro.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button