Ronaldo getmək istəyir, “Mançester Yunayted” rəhbərliyi isə…

“Mançester Yunayted” portuqaliyalı hücumçu Kriştiano Ronaldonu bu yay klubdan ayrılmaq niyyətində olmasına baxmayaraq, satmaq fikrində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Yaxınlarda məlum oldu ki, Ronaldo artıq bu yay klubu tərk etmək qərarına gəlib və agentindən ona yeni komanda tapmasını istəyib. Amma “Mançester Yunayted” futbolçunu satmağı planlaşdırmır, həmçinin portuqaliyalını yaxın günlərdə təlim-məşq toplanışında gözləyir.

Kriştiano Ronaldo ötən yay İngiltərə klubuna qayıdıb. Onun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilə qədərdir. O, ötən mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin