Ronaldo dünyanın ən sevilən idmançısıdır

“YouGov” tədqiqat mərkəzi dünyada ən çox nüfuzlu şəxslərin siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, hazırlanan siyahıya görə “Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünyanın ən bəyənilən idmançısı olub. O, ən nüfuzlu şəxslərin siyahısında 6-cı pillədə yer alıb.

“Barselona”nın futbolçusu Lionel Messi isə siyahıda 11-ci pillədə qərarlaşıb və dünyanın ən sevilən idmançıları arasında ikinci olub.