“Seçim etməli olsam, Messini seçərəm” – Kaka

“Real”ın sabiq futbolçusu Kaka “Barselona”nın kapitanı Lionel Messi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu, iki hücumçunu müqayisə edib:

“Ronaldo ilə birlikdə oynamışam. O, inanılmaz bir futbolçudur, amma seçim etməli olsam, Messini seçərəm. O, dahi futbolçudur. Messinin oyunu inanılmazdır. Ronaldo bir maşın kimidir. Təkcə fiziki və sürəti baxımından deyil, həm də zehni olaraq da çox güclüdür. O, hər zaman qalib gəlmək, oynamaq və ən yaxşı olmaq istəyir.

Onların hər ikisi dünya idman tarixində ilk 5-liyə düşəcəklər. Hər iki futbolçunun oyununu gördüyümüz üçün şanslıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button