Ronaldo 750-yə çatdı, yeni rekorda imza atdı

“Yuventus” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Dinamo”nu (Kiyev) 3:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bu oyunda “qoca sinyora”nın ikinci qolunu vuran hücumçusu Kriştiano Ronaldo rekordla yadda qalıb. Bu, portuqaliyalı futbolçunun turnirdəki ev oyunlarında vurduğu 71-ci qolu olub. O, bu göstəricidə “Barselona”nın hücumçusu Lionel Messini geridə qoyub və mütləq rekord sahibi olub.

Həmçinin, “Dinamo”ya vurduğu qol Ronaldonun karyerasında 750-ci qolu olub.