Türkiyə millisinin futbolçusu İtaliyada klubunu dəyişir

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Cengiz Ündər A Seriyasında komandasını dəyişə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Milan”a transfer olunmağa yaxındır. Ündərin qarşılığında “Milan” Susonun “canavarlar”a transfer olunmasına razılıq verəcək. Artıq klublar arasında danışıqların başladığı bildirilir.

Ündərin “Roma”yla müqaviləsi 2023-cü ilin, Susonun “Milan”la müqaviləsi isə 2022-ci ilin yayınadək nəzərdə tutulub.