“Roma”ya “yox” dedi, “İnter”lə razılaşdı

Son olaraq “Çelsi”ni çalışdırmış Antonio Konte İtaliyaya qayıdır.

Komanda.az xəbər verir ki, 49 yaşlı mütəxəssis “İnter”lə razılıq əldə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kontenin yeni mövsümdən “İnter”in “sükanı arxasında” olacağı və “neradzurra” ilə 3 illik müqavilə imzalayacağı bildirilir.

Konte bir müddət əvvəl açıqlamasında “Roma” ilə razılığa gələ bilmədiyini demişdi.

Baş məşqçi karyerası ərzində “Atalanta”, “Yuventus”, “Çelsi” kimi klubları çalışdıran Konte, 2018-ci ilin iyulundan işsizdir.