“Roma”ya mövsümdə ikinci dəfə texniki məğlubiyyət verildi

İtaliya İdman Məhkəməsi “Roma” klubunu cəzalandırıb.

Komanda.az xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsinin “Spetsiya” ilə oyununda əvəzetmə qaydalarını pozan paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.

Komanda sözügedən qarşılaşmada 5 əvəzinə, 6 oyunçu dəyişikliyindən istifadə edib. “Roma”nın futbolçusu Lorentso Pelleqrini bununla bağlı bir neçə dəfə baş məqçiyə xəbərdarlıq etsə də, heç bir nəticə verməyib.

Qeyd edək ki, “Spetsiya”ya 2:4 hesabı ilə uduzan “canavarlar” kubokda mübarizəni dayandırıb. Bir sözlə, bu texniki məğlubiyyət onsuz da ciddi bir əhəmiyyət daşımayıb.

“Roma” bu mövsüm ikinci dəfə texniki məğlubiyyətlə cəzalanır. Komanda A Seriyasının 1-ci turunda da Amadu Diavaranın sifariş ərizəsində olmadığı halda “Verona” ilə oyunda meydana buraxılması səbəbindən 0:3 hesablı məğlubiyyətlə üzləşmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button