Romariodan Messi-Ronaldo müqayisəsi

Braziliya millisinin əfsanəvi futbolçularından olan Romario, Lionel Messi və Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, Messi ilə Ronaldonu müqayisə edib:

“Messini sevirəm, möhtəşəm bir futbolçudur. Amma Kriştiano Ronaldonun futbol tarixindəki ən yaxşı 5 futbolçu arasında olduğunu da deməliyəm. Onu təbrik etmək lazımdır, ən yaxşı olmaq üçün çox çalışır. Dəyişməyinin, belə çalışmağının düzgün nəticəsi olduğunu düşünürəm.

Birlikdə oynamaq üçün birini seçmək məcburiyyətində qalsaydım, bu, Messi olardı. Çünki o, daha istedadlıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button