“Roma” istədi, “Liverpul” “yox” dedi

İtaliyanın “Roma” klubu zədə səbəbiylə mövsümün geridə qalan hissəsində iştirak etməyəcəyi gözlənilən Nikolo Zaniolonun əvəzləyicisi üçün “Liverpul”a üz tutub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” “Liverpul”un heyətində az şans qazanan Xerdan Şakirini heyətinə qatmaq istəyib. Lakin Mersisayd klubu isveçrəli futbolçunun komandadan ayrılmasına müsbət yanaşmayıb. Klub rəhbərliyi “Roma”nın təklifindən imtina edib və 28 yaşlı futbolçunun qışda komandanı tərk etməyəcəyini bildirib.

Şakiri cari mövsümdə “Liverpul”un heyətində 10 oyunda iştirak edib, 1 qolla yadda qalıb.