“Roma”nın hücumçusu Rusiya klubunda – RƏSMİ

İtaliyanın “Roma” klubunun futbolçusu Esekiel Ponse karyerasını Rusiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu Moskva “Spartak”ına transfer olunub. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı açıqlanıb. Amma anlaşmanın müddəti və digər detalları barədə məlumat verilməyib.

Ponse son mövsümü icarə əsasında Yunanıstanın AEK klubunda keçirib. O, Afina təmsilçisində 43 oyuna 21 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button